ROKET LIQUID 5

ROKET LIQUID 5

Zəmanət Verilən Tərkib         (w/w)

Ümumi orqanik maddə: %5

Suda həll olunan Kalium Oksid (K2O): %1

Alginik Turşusu: %0,5

Gibberellik Turşusu: 18 ppm

Maksimum EC (Ds/m): 9
pH: 6,4-8,4

Mayə dəniz yosunu 

  • Dəniz yosunu bitkilərdə xlorofilin əmələ gəlməsini sürətləndirərək yaşıl hissənin daha yaxşı inkişaf etməsini təmin edir, bunun nəticəsində daha çox karbohidrat, zülal və digər maddələrin sintezini artırır.
  • Bitkilərdə güclü kök sisteminin formalaşmasını təmin edir, bu da bitkilərin torpaqdan daha çox qida maddəsi və su almasına şərait yaradır. Sağlam və balanslı inkişafı dəstəkləyir. Tərkibində yüksək miqdarda olan Algin turşusu və Gibberellik turşusu kimi xüsusi əlavələr, bitki inkişaf tənzimləyiciləri ilə birlikdə çiçəklənmə sayını artırır, sürətli böyümə və meyvənin böyüklüyündə artım kimi təsirlər göstərir.
  • Suda həll olan qeyri-üzvi gübrələri kök zonasına toplayaraq, bitkinin ehtiyacı olduqca onları tədricən sərbəst buraxır.
  • Gübrə, makro və mikro qida elementlərinin torpaqdan balanslı və uzunmüddətli şəkildə mənimsənilməsini təmin etməklə məhsuldarlığı artırır və məhsul keyfiyyətini yaxşılaşdırır.
  • Üzvi gübrə toxumun cücərməsini sürətləndirir, bitkinin yaşama qabiliyyətini artırır. Fidanların həm daha tez, həm də daha möhkəm inkişaf etməsini təmin edir.
  • Torpaq üçün faydalı mikroorqanizmlərin inkişafı və çoxalması üzərində stimullaşdırıcı təsir göstərir; onların torpaqdakı sayını və aktivliyini artırır.
  • Dəniz yosunu gübrəsi, kənd təsərrüfatı dərmanlarının (zərai preparatların) təsirini müəyyən faiz nisbətində artırır.
  • Bitkilərin quraqlıq, günəş çatışmazlığı, həddindən artıq su, yüksək və aşağı temperatur kimi ətraf mühit streslərinə qarşı dözümlülüyünü gücləndirir.

BİTKİ

DOZA

TƏTBİQ

Buğda, Arpa, Çovdar, Yulaf, Çəltik, Tritikale (çovdar və buğda bitkiləri)

30-80 gr/da

Kollanma fazasından etibarən bir dəfə alaq otlarına qarşı dərmanla birlikdə yarpaqdan tətbiq edilə bilər. Xəstəlik dərmanları ilə 2-ci tətbiq aparıla bilər.

Pambıq, Şəkər çuğunduru, Kartof, Soğan, Sarımsaq, Yerfıstığı (araxis), Yerkökü

50-100 gr/da

Yarpaq meydana gəldikdən etibarən 1-3 dəfə yarpaqdan tətbiq edilə bilər. Eyni dozalar diqqətə alınaraq 50-100 gr/ 100 lt su damcı suvarma üsulu istifadə edilərək 15 gün fasiləylə verilə bilər. Toplam gübrə miqdarı 1kg/da keçməməlidir. 

Qarğıdalı, Günəbaxan, Tütün, Yonca, Paxlalı yem bitkiləri (kolza,korunga) 

50-100 gr/da

Yarpaq meydana gəldikdən etibarən 1-3 dəfə yarpaqdan tətbiq edilir.

Pomidor, Badımcan, Bibər, Xiyar, Qabaq, Qarpız, Yemiş

50-100 gr/da

Yarpaq meydana gəldikdən etibarən 1-4 dəfə yarpaqdan tətbiq edilir, eyni dozalar nəzərə alınaraq 50-100 gr/100 lt su ilə damcı suvarma sistemi ilə 15 gün aralıqla tətbiq edilə bilər. Ümumi gübrə miqdarı 1 kq/da keçməməlidir.

Kahı, Kərəviz, Brokoli, Kələm, Gülkələmi, Tərə, Roka, İspanaq, Cəfəri, Nanə, Qulançar, Mayaotu, Turp, Enginar, Mərcimək, Noxud, Çiyələk, Paxla, Lobya, Qarox, Dekorativ bitkilər, Qazon 

30-80 gr/da

Yarpaq meydana gəlməsindən etibarən 1-4 dəfə yarpaqdan tətbiq edilə bilər. Lazım gəldikdə hər 15 gün fasiləylə yenidən tətbiq edilə bilər.

Alma, Armud, Qaysı, Şaftalı, Gilas, Üzüm, Sitrus meyvələri, Heyva, Fındıq, Antep fıstığı, Nar, Zeytun, Əncir, Avokado, Banan, Kivi, Alça, Qoz, Gül

50-100 gr/da

Ting əkinindən etibarən aktiv böyümə dövründə yarpaqdan 1-4 dəfə tətbiq edilir. Yaşı çox olan ağaclarda doz 2 qat artırıla bilər.