Kansas
- Ana Səhifə
- Məhsullar
- Kansas
Yüksək miqdarda üzvi maddə və çox yüksək miqdarda üzvi karbonla yanaşı, humik və fulvik turşular, təxminən 2% üzvi azot, fosfor pentaoksid və kalium ehtiva edən bitki mənşəli amin turşusu məhluludur. Bitkilərin sürətli, sağlam və güclü inkişafını təmin edir. Çiçəklənmənin düzgün getməsini, meyvələrin sayının və keyfiyyətinin yüksək olmasını təşviq edir. Vegetasiya və məhsul yığım müddətini qısaldaraq məhsulun daha erkən yetişməsinə şərait yaradır. Payız-qış dövründə yaranan stres şəraitinə (əlverişsiz iqlim və torpaq amillərinə) qarşı bitkilərin davamlılığını artırır.
Amin turşuları çox yüksək və çox aşağı temperatur şəraitində, su və torpağın şoranlığında, şitillərin köçürülməsi, budama, zoğların uc hissələrinin kəsilməsi, yarpaqların dərilməsi, cərgəarası becərmə zamanı köklərin zədələnməsi kimi aqrotexniki təsirlər, həmçinin xəstəliklər, zərərvericilər və fitotoksiklik nəticəsində yaranan streslər zamanı bitkilərin daha davamlı olmasını təmin edir. Bitki inkişafının dayandığı dövrlərdə belə, böyüməni tam dayandırmadan, ən azı yavaş templə inkişafını davam etdirməsinə imkan yaradır. Başqa sözlə, bitkiyə bir növ “serum” verərək onun kritik dövrü daha asan keçirməsinə kömək edir.
Bitkidə gövdənin inkişafı, meyvə əmələgəlməsi, çiçəklənmə və ümumi inkişaf baxımından digər bitkilərlə müqayisədə nəzərəçarpacaq dərəcədə daha müsbət nəticələr əldə edilir. Bundan əlavə, xüsusilə həddindən artıq yüksək temperatur və şaxtaya, eləcə də digər bütün abiotik stres amillərinə qarşı bitkinin davamlılığının əhəmiyyətli dərəcədə artdığı asanlıqla müşahidə olunur.
Tozcuq dişiciyin ağızcığına çatdıqda cücərir. Dişicik borusunda inkişaf edə bilməsi üçün şəkərlərə və amin turşularına ehtiyac duyur. Bitki stresə məruz qaldıqda, amin turşuları digər orqanlara daşınır və nəticədə tozcuq dişicik borusunda kifayət qədər inkişaf edə bilmir. Bu isə mayalanmanın baş verməməsinə səbəb olur. Bu dövrdə amin turşularının tətbiqi mayalanma prosesini təşviq edir.
| BİTKİ | Doza | Tətbiqetmə Qaydası |
|---|---|---|
| Buğda, arpa, çovdar, yulaf, düyü, tritikale | 30-80 qr/ha | Tumurcuqlanmadan etibarən 1 dəfə ot dərmanı ilə birlikdə yarpaqdan tətbiq edilir. Xəstəlik dərmanları ilə 2-ci tətbiq də mümkündür. |
| Pambıq, şəkər çuğunduru, kartof, soğan, sarımsaq, pırasa, yer fıstığı, yerkökü | 50-100 qr/ha | Yarpaq formalaşmasından etibarən 1-3 dəfə yarpaqdan tətbiq edilir, eyni dozalar nəzərə alınaraq 50-100 qr/100 lt su ilə damcı suvarmaya 15 gün aralıqla verilə bilər. Ümumi gübrə 1 kq/ha-dan artıq olmamalıdır. |
| Qarğıdalı, günəbaxan, tütün, kolza, yonca, korunga | 50-100 qr/ha | Yarpaq formalaşmasından etibarən 1-3 dəfə yarpaqdan tətbiq edilir. |
| Pomidor, badımcan, bibər, xiyar, balqabaq, yemiş, qarpız | 50-100 qr/ha | Yarpaq formalaşmasından etibarən 1-4 dəfə yarpaqdan tətbiq edilir, eyni dozalar nəzərə alınaraq 50-100 qr/100 lt su ilə damcı suvarmaya 15 gün aralıqla verilə bilər. Ümumi gübrə 1 kq/ha-dan artıq olmamalıdır. |
| Kahı, kərəviz, brokkoli, kələm, gül kələmi, kəvər, rukula, cəfəri, nanə, quşqonmaz, çiyələk, mərcimək, noxud, lobya, paxla, ispanaq, dekorativ bitkilər, ot | 30-80 qr/ha | Yarpaq formalaşmasından etibarən 1-4 dəfə yarpaqdan tətbiq edilir. Tələbat olduğu halda 15 gün aralıqla təkrar tətbiq edilə bilər. |
| Alma, armud, şaftalı, ərik, gilənar, üzüm, nar, zeytun, əncir, banan, avokado, kivi, gavalı, qoz, qızılgül | 50-100 qr/ha | Ting əkilməsindən etibarən aktiv böyümə dövründə 1-4 dəfə yarpaqdan tətbiq edilir. Yaşlı ağaclarda doza 2 dəfə artırıla bilər. |